Region

Ermənistan parlamentinin sədri Sankt-Peterburqa səfər edəcək

Ermənistan parlamentinin sədri Sankt-Peterburqa səfər edəcək

Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Sankt-Peterburq şəhərinə gedəcək.

Demokrat.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” yazıb.

Qeyd olunub ki, 12-15 aprel tarixlərində Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclası keçiriləcək.

Ermənistandan yola düşəcək nümayəndə heyətində Simonyandan əlavə 11 nəfər olacaq, o cümlədən vitse-spiker Ruben Rubinyan da heyətdə yer alacaq.//APA

D
demokrat.az