Xarici siyasət

Saakaşvili : "Putinin göstərişi ilə məni öldürürlər"

Saakaşvili : Putinin göstərişi ilə məni öldürürlər

"Həbsxanada ölməkdəyəm".

Demokrat.az NEXTA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

O qeyd edib ki, peşəkar müalicənin olmaması ölümlə nəticələnə bilər.

"Putinin birbaşa göstərişi ilə məni öldürürlər. Qərbi oliqarx Bidzina İvanişviliyə, Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırıram", - deyə Saakaşvili bildirib.

Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstüna qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident müalicə müəssisəsinə köçürülüb.

D
demokrat.az