Martın 4-də saat 18:20-də Ağstafa rayonu Tatlı stansiyasının dəmir yolu xəttinin yaxınlığında 2009-cu il təvəllüdlü Ağstafa rayonunun Köçəsgər kənd sakini Bayramov Elşən Elşad oğlunun meyiti aşkar olunub.
Bu barədə ADY-dən məlumat verilib.
Hadisə barədə hüquq-mühafizə orqanları dərhal məlumatlandırılıb və aidiyyəti üzrə araşdırma aparılır.
xxx
Ağstafada bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Hərəkətdə olan qatar bir nəfəri vuraraq öldürüb.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.


