Dünya Özəl

Blinken Brüsseldə Kuleba ilə görüşəcək

Blinken Brüsseldə Kuleba ilə görüşəcək

ABŞ dövlət katibi Antoni Blinken aprelin 3-5-də Belçikanın Brüssel şəhərinə səfər edəcək.

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, o, səfər çərçivəsində bir sıra görüşlər keçirəcək.

O, həmçinin Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.

Görüş zamanı Ukrayna ilə bağlı məsələlər müzakirə olunacaq.

"ABŞ-ın Ukraynaya davamlı dəstəyini və beynəlxalq nizam-intizama sadiqliyimizi vurğulayacağıq", - deyə açıqlamada bildirilir.

Məlumata əsasən, Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova