Bakıda çimərlikdə faciə: 15 yaşlı uşaq dənizdə batdı

HADİSƏ 18 iyn 2019, 11:45

Bakıda 15 yaşlı uşaq dənizdə boğulub.

 

Demokrat.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın "Şıx" çimərliyində baş verib.

 

Bakı şəhər sakini, Malışeva İlhamə Firudin qızı sevgilisi Eduard Qvenadze, övladları - Vaqin Andreyev, Umar Malışev və qızı Aleksandra Rəhmanova ilə birlikdə "Şıx" çimərliyindəki kafelərdən birinə gəliblər. Bir müddətdən sonra uşaqlar dənizdə çimərkən 2004-cü il təvəllüdlü V.Andreyev dənizdə batıb.

 

Təxminən 20-25 dəqiqədən sonra V.Andreyevin boğulmuş meyiti sudan çıxarılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top