Dünya

Cənubi Sudanda hərbi sursat partladı, azı 10 nəfər öldü

Cənubi Sudanda hərbi sursat partladı, azı 10 nəfər öldü

Cənubi Sudanın şimal-qərbindəki Qərbi Bəhr əl Qəzal əyalətində partlamamış hərbi sursatın partlaması nəticəsində üçü uşaq olmaqla azı 10 nəfər həlak olub.

Demokrat.az “Report”a istinadən xəbər verir ki, bu barədə Jur River dairəsinin komissarı Ceyms Bak bildirib.

Onun sözlərinə görə, daha iki uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“İnsanlar silah-sursatı metal qırıntıları ilə səhv salıblar. Partlayış nəticəsində 7 qadın və 3 uşaq həlak olub”, - Bak deyib.

D
demokrat.az