Sosial Özəl

Beyləqanda 4 nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Beyləqanda 4 nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Beyləqanda 4 nəfəri qətlə yetirməkdə təqsirləndirilən Fuad Cəlilzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi araşdırılması üçün hakim Əli Əliyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə prosesi başlanacaq. Qeyd edək ki, hadisə ötən il dekabrın 2-də qeydə alınıb. Belə ki, F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib. Fuad Cəlilzadəyə qarşı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova