Sosial Özəl

Sabiq deputat: "Quru sərhədlərin bağlı qalması vətəndaşlara ciddi sosial problemlər yaradır"

Sabiq deputat: Quru sərhədlərin bağlı qalması vətəndaşlara ciddi sosial problemlər yaradır

"Azərbaycanda quru sərhədlərin bağlanmasının səbəbi heç də pandemiya ilə bağlı deyil".

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı alim, sabiq deputat Nazim Baydəmirli deyib.

Sabiq deputat qeyd edib ki, ən azı 1 ildən yuxarı müddətdə bunu başqa ölkələrlə müqayisə etdikdə, region dövlətlərin hamısının sərhədləri açıq olduğunu görürük:

"Dünyada pandemiyanın bitdiyi haqqında hamı bilirdi. Əlbəttə ki, quru sərhədlərin bağlı qalması Azərbaycan vətəndaşlarını çox ciddi narahat edir. Çünki kommunikasiyaları azaldır, eyni zamanda sosial-iqtisadi məsələlərdə problemlər yaşadır. Azərbaycan hökuməti isə vətəndaşların xeyrinə qərar qəbul etmək istəmir".

Nazim Baydəmirli bildirib ki, quru sərhədlərinin bağlı olması həm də geosiyasi vəziyyətlə əlaqəli ola bilər:

"Təbii ki, sərhədlərin bağlı olması həm geosiyasətlə, həm də daxili siyasətlə bağlı ola bilər. Yəni, siyasi səbəblərdən sərhəd bağlıdır, qərarı isə yalnız dövlət verə bilər".

Aynurə Demokrat.az

D
demokrat.az