Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ukraynada səfərdədir.
Demokrat.az xəbər verir ki, bu barədə BMT baş katibi sözçüsü məlumat verib.
Baş katib Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.
Görüşdə Qara Dəniz Taxıl məsələləri və digər mühüm məsələlər müzakirə olunacaq.
Qeyd etmək lazımdır ki, bu, baş katibin son bir ildə Ukraynaya üçüncü səfəridir.
Aysu Demokrat.az


