Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Düzənlik kəndində rayon sakinləri ilə səyyar qəbul keçirib.
Demokrat.az xəbər verir ki, səyyar qəbulda sakinlərin tam sərbəst şəkildə söylədikləri arzu və təkliflər həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Görüşdə kənd sakinləri ilə yanaşı qazi və şəhid ailələri də iştirak edib. Sakinləri dinləyən icra başçısı Sevindik Hətəmov bildirib ki, Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Salyan rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Onun sözlərinə görə, bütün bölgələr kimi, Salyan rayonu da dövlətimizin diqqət və qayğısı ilə əhatələnib. Daha sonra sakinlərin sualları cavablandırılıb.









