Azərbaycanda son gündə koronavirus (COVID-19) infeksiyasına 37 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər müalicə olunaraq sağalıb.
Demokrat.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdanverilən məlumata görə, xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 828 174nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 922nəfər müalicə olunaraq sağalıb, hazırda 155aktiv xəstə var. Bu günə qədər 10 097 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 380, bu günə qədər isə ümumilikdə 7 502054 test icra olunub.


