“Kənar qaz xətlərinin qoşulması məsələsi ən böyük problemlərimizdir.Bu problemin ən çox yaşandığı Sabunçu rayonuərazisidir. Məsələ həll edilsin deyə, həftə ərzində tez-tez qazın verilməsində problemlər yaşanır”.
Demokrat.az xəbər verir ki, bu sözləri mətbuat konfransında "Azəriqaz" İB-nin Bakı regional Qaz istismarı departamentinin rəisi Rauf Əhmədov bildirib. O, qeyd edib ki, hər il 50 minə qədər abonent mavi yanacaqla təmin olunur:
"Bu il üçün nəzərdə tutulan rəqəm 42 min abonentdir. Biz artıq 2023-cü ilin təmin planını hazır etmişik. Ən geniş işlərin aparılması Xəzər, Sabunçu rayonlarında planlaşdırılır. Eyni zamanda, şəbəkənin gücləndirilməsi ilə bağlı yeni işlər görülür".
Aysu Demokrat.az


