Sosial

Ölən polislərdən biri Ramiz Mehdiyevin kürəkəninin qohumudur — FOTO

Ölən polislərdən biri Ramiz Mehdiyevin kürəkəninin qohumudur — FOTO

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq vəfat edib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, vəfat edən polislərdən biri - 35 yaşlı Elmir Əsgərov AMEA prezidenti Ramiz Mehdiyevin toy qalmaqalına görə həbs olunan kürəkəni İlham Əliyevin (Əli-Səftər) yaxın qohumudur.

Qeyd edək ki, Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərov kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Ölən polislərdən biri Ramiz Mehdiyevin kürəkəninin qohumudur — FOTO

D
demokrat.az