Region

“Ərdoğan seçkilərdə rekord sayda səs toplayacaq”

“Ərdoğan seçkilərdə rekord sayda səs toplayacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan indiyədək iştirak etdiyi seçkilərdəkindən daha çox səs toplayacaq.

Bu sözləri Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, Çanaqqaladan olan deputat Bülənt Turan deyib.

"İnsanlar liderə səs verəndə onun partiyasına da səs verirlər. Prezident Ərdoğanın ciddi fərqlə çox səs toplayacağını düşünürəm. Keçirilən sorğular da bunu təsdiqləyir. Ərdoğanı seçən insanlar onun partiyasına da səs verəcək. Millətçi Hərəkat Partiyası və AKP birlikdə indikindən daha çox mandat alacaq", - o bildirib./Teleqraf

NE
Nihadə Eyyubova