Hakim Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, sabiq deputat, keçmiş icra başçısı Musa Musayevin hazırda hansı vəzifədə çalışdığı məlum olub.
Modern.az-ın məlumatına görə, bu barədə M.Musayevin özü açıqlamasında bildirib.
“Hazırda Mərkəzi Seçki Komissiyasının Nərimanov rayonundakı 20 sayı Dairə Seçki Komissiyasında sədr vəzifəsində çalışıram. Bu vəzifəyə 2021-ci ilin avqust ayından təyin olunmuşam. Eyni zamanda, 2021-ci ilin martında Yeni Azərbaycan Partiyasının 7-ci qurultayında Təftiş Komissiyasının üzvü seçilmişəm”. 
Daha sonra uzun müddət Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevlə münasibətlərindəki soyuqluğa görə işsiz qalıb. Yalnız Ramiz Mehdiyevin “vurulmasından” sonra M.Musayev DSK sədri vəzifəsinə təyinat ala bilib.
Yeri gəlmişkən, Musa Musayevin əmisi oğlu, sabiq deputat Alqış Musayev də Ramiz Mehdiyevlə aralarındakı konflikt səbəbindən uzun müddət işsiz qalıb. O da Ramiz Mehdiyevin gedişindən sonra “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsinə təyin edilib.


