BMT "Twitter" sosial media platformasında insan haqları məsələlərindən narahatdır. Modern.azxəbər verir ki, bu barədə təşkilatın İnsan Haqları üzrə Ali Komissarı Volker Türk "Twitter" hesabında yazıb. O, jurnalistlərin sosial mediada hesablarının bərpa olunmasını "yaxşı xəbər" adlandırıb. Türk qeyd edib ki, İlon Mask sosial şəbəkədə söz azadlığına hörmət etməkdən məsuldur. “Ciddi narahatlıqlar qalmaqdadır. İlon Musk söz azadlığı da daxil olmaqla, insan hüquqlarına hörmət edən, dövlət siyasətinə əsaslanan qərarlar qəbul etməyi öhdəsinə götürməlidir", - deyə BMT rəsmisibildirib. Xatırladaq ki, "Twitter" bir sıra jurnalistlərin hesabını bloklayıb. Onların profilləri yalnız bu gün aktivləşdirilib.
BMT “Twitter”dəki vəziyyətdən narahatdır
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


