Niderland Ukraynaya silah tədarükü üçün səyləri ikiqat artırmağın vacibliyini açıqlayıb.
Demokrat.az xarici mətbuata istinadən bildirir ki, Niderlandın xarici işlər naziriVopke Hoekstra öz "Twitter" səhifəsindəNATO-nun baş katibiYens Stoltenberqləgörüşdüyünü bildirib .
Onun sözlərinə görə, hər ikisi razılaşıblar ki, ölkələr Ukraynayasilah tədarük etmək üçün səylərini ikiqat artırmalıdırlar:
“NATO-nun baş katibi Yens Stoltenberq ilə Brüsseldəgörüşmək çox xoş oldu.Biz digər məsələlərlə yanaşı, Ukraynaya sarsılmaz dəstəyimizdən və Ukraynanı silahla təmin etmək üçün səyləri ikiqat artırmağın zəruriliyindən danışdıq”, - XİN rəhbəri bildirib.
Leyla Demokrat.az


