Dünya Özəl

Polşa məhkəməsi “Qazprom”a qoyulan cəriməni ləğv etdi

Polşa məhkəməsi “Qazprom”a qoyulan cəriməni ləğv etdi

Polşa məhkəməsi “Qazprom”a “Şimal axını-2”nin tikintisinə görə qoyulan 6,5 milyard avro cəriməni ləğv edib.

Demokrat.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Polşa Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Təşkilatının (antiinhisar orqanı) yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, "Qazprom"a qarşı tətbiq edilən 29,08 milyard PLN (6,46 milyard avro) məbləğində cərimə Polşa Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Məhkəməsinin qərarı ilə ləğv edilib.

Rusiya şirkəti bu məbləği “Şimal axını-2” qaz kəmərinin tikintisi üçün ödəməli olub.

Digər 52 milyon avro isə tikintidə iştirak edən beş şirkət üçün cərimənin məbləği olub. Artıq onların hamısı ləğv edilib.

Jalə Demokrat.az

D
demokrat.az