Sosial

Müharibə veteranlarına güzəştlər edilsin — Deputat təklif səsləndirdi

Müharibə veteranlarına güzəştlər edilsin — Deputat təklif səsləndirdi

“Azərbaycanda şəhid ailələrinin övladları təhsil haqlarından azad olunublar. Yaxşı olar ki, bir sıra güzəştlər müharibə veteranlarının övladlarına da şamil edilsin”.

Oxu.Az-ın məlumatına görə, Milli Məclisin iclasında deputat Aqiyə Naxçıvanlı belə təkliflə çıxış edib.

“Müharibə veteranlarının övladları tam olmasa da, müəyyən qədər təhsil haqlarından azad edilməlidir”, - deyə Aqiyə Naxçıvanlı bildirib.

Millət vəkili onu da təklif edib ki, müharibə veteranlarına güzəştli ipotekalarla mənzil almaq hüququ verilməlidir.

D
demokrat.az