Bu gün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevin doğum günüdür.
Demokrat.az xəbər verir ki, Əli Nağı oğlu Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.
1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1975-ci ildə başlayıb.
1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib.
Qarabağ savaşına könüllü olaraq qatılan Əli Nağıyev Milli Təhlükəsizlik Nazirliyinin Xüsusi təyinatlılarının əməkdaşı kimi 1991-ci il Goranboy – Xanlar əməliyyatlarında iştirak edib. 
Ölkə başçısının 27 mart 2006-cı il tarixli 1372 nömrəli sərəncamı ilə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilib. 
2011-2019-cu illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib. Azərbaycan Prezidentinin 5 avqust 2014-cü il tarixli 672 nömrəli sərəncamı ilə Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Ölkə başçısının 28 sentyabr 2018-ci il tarixli 514 nömrəli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 
Ölkə Prezidentinin 27 mart 2020-ci il tarixli sərəncamı ilə DTX rəisi 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 
Zamiq Demokrat.az


