İsveçrə Rusiyaya silah tədarükü ilə bağlı Avropa İttifaqının (Aİ)İrana qarşı sanksiyalar paketinə qoşulub.
Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, İsveçrə hökumətindən gələn açıqlamada qeyd olunub ki, oktyabrın 20-də Avropa İttifaqı üç iranlı şəxsə və bir İran təşkilatına qarşı sanksiya tətbiq edib.
Onların Ukraynadakı müharibə zamanı istifadə olunan pilotsuz təyyarələrin hazırlanması və Rusiyaya çatdırılmasında iştirak etdiyi iddia olunur.
Federal İqtisadiyyat və Enerji Departamenti, Federal Xarici İşlər Departamenti ilə birlikdə hazırkı etirazlarla əlaqədar Aİ-nin İrana qarşı tətbiq etdiyi sanksiyaları qəbul etməmək qərarına gəlib.
Qərarın İsveçrənin bütün daxili və xarici siyasət maraqları nəzərə alınaraq qəbul edildiyi bildirilir.
Eyni zamanda, İsveçrə etirazlar zamanı İran hüquq-mühafizə orqanlarının güc tətbiqini pisləyib. Həminin, İranı ikitərəfli və çoxtərəfli səviyyədə insan haqları üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb.
Jalə Demokrat.az


