Region Özəl

"Ukrayna son iki gündə daha 23 İran PUA-sı vurub"

Ukrayna son iki gündə daha 23 İran PUA-sı vurub

Ukraynada iki gündə İran istehsalı olan 23 PUA vurulub Demokrat.az xəbər verir ki, bu haqda məlumatı Ukrayna prezidenti Volodimir Zelenski verib.

O, bildirib ki, iki gün ərzində Rusiya qüvvələri Ukrayna ərazisinə 30 pilotsuz təyyarə zərbəsi endirib. Onun sözlərinə görə, bu PUA-lardan 23-ü vurulub.

Ukrayna lideri bildirib ki, Rusiya qüvvələri son günlər dronları ilə enerji infrastrukturunu hədəfə alır.

Prezidentin sözlərinə görə, Rusiya fevralın 24-dən bəri Ukrayna ərazisinə 8 min hava zərbəsi endirib və 4500 raket atıb.

Jalə Demokrat.az

D
demokrat.az