Siyasət

“Azərbaycan Dəmir Yolları”na yeni sədr təyin edildi — SƏRƏNCAM

“Azərbaycan Dəmir Yolları”na yeni sədr təyin edildi — SƏRƏNCAM

Rövşən Mürvət oğlu Rüstəmov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Demokrat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin bundan əvvəlki sədri Cavid Qurbanov olub. O, 24 may 2022-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad olunaraq rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. Rövşən Rüstəmov da rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini idi.

D
demokrat.az