Dünya Özəl

Avropa İsrailin hədəfində: Tezliklə bizdən təbii qaz alacaqsınız

Avropa İsrailin hədəfində: Tezliklə bizdən təbii qaz alacaqsınız

Livanla dəniz sərhədlərinin yenidən cızılması ilə bağlı əldə olunan razılaşma ilə İsrail tezliklə Avropanın əsas qaz təchizatçısı olacaq.

Demokrat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Yair Lapid məlumat verib.

O, Livan ilə imzalanacaq dəniz sərhədi müqaviləsini “tarixi ” adlandırıb və ölkəsinin tezliklə Avropanın ən mühüm qaz təchizatçısı olacağını bildirib.

Baş nazirliyin rəsmi internet saytından verilən məlumata görə, Lapid Hollandiyanın baş naziri Mark Rutte ilə Tel-Əvivdə görüşüb.

Görüş zamanı iki baş nazir iqlim və süni intellekt daxil olmaqla müxtəlif sahələrdə ikitərəfli münasibətlərin yaxşılaşdırılması yollarını, həmçinin İsrail və Avropa arasında enerji əməkdaşlığını müzakirə ediblər.

Baş nazir görüş öncəsi verdiyi açıqlamada “dəniz sərhədi razılaşması”na işarə edib və çərşənbə günü Livan ilə tarixi müqavilə imzalayacağıq deyib.

O qeyd edib ki, İsrail yaxın gələcəkdə Avropanın əsas qaz tədarükçüsü olacaq.

Jalə Demokrat.az

D
demokrat.az