“Ermənistan hələ də revanşist qüvvələrin təsiri altındadır”.
Bunu Demokrat.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
Hərbi ekspert bildirib ki, Ermənistan müəyyən şəkildə Cənubi Qafqazda yenidən münaqişənin alovlanmasını istəyin güclərinin təsirindədir:
“İki ilə yaxındır ki, Azərbaycan ordusu qələbə çalıb və öz ərazi bütövlüyünü bərpa edib. Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfi Azərbaycanın humanistliyindən irəli gələn sülh müqaviləsini bağlamaq istəmir. Həmçinin, delimitasiya və demarkasiya məsələlərindən boyun qaçırır. Ermənistan nəinki boyun qaçırır, həm də silahlanır. Artıq bu gün Ermənistanın tutduğu mövqe qeyri-konstruktivdir. Onların havadarları Ermənistanı silahlandıraraq onun iştahasını artırır. Bütün bu məqsədləri nəzərə alaraq, deyə bilərik ki, əgər hər hansı bir qonşu sülh müqaviləsini bağlamaq istəmirsə, deməli müharibə şəraiti də davam edəcəkdir. Sülh müqaviləsi bağlanana qədər də biz hələ müharibəni bitməmiş hesab edə bilərik”. 
Qeyd edim ki, Naxçıvanda yerləşən Ümumqoşun ordusu çox güclü bir ordudur və bütün tələblərə cavab verir. Digər tərəfdən ən müasir texnika ilə silahlanmış, həm intelektual cəhətdən, həm də texniki cəhətdən peşəkar savadlı kadrlarla təmin olunub. Və o, Türkiyə və müxtəlif qardaş ölkə ilə bilavasitə müxtəlif birgə təlimləri keçirtməklə, öz döyüş hazırlığını daim artırmaqla məşğuldur. Deyərdim ki, Naxçıvan etibarlı əllərdədir” - deyə polkovnik əlavə edib.
Aynurə Demokrat.az


