Rusiya ordusu ötən sutka ərzində Donetsk vilayətində bir neçə yaşayış məntəqəsini atəşə tutub.
Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, hücum nəticəsində 2 mülki şəxs həlak olub, 9 nəfər yaralanıb.
Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları həlak olmuş 4 mülki şəxsin meyitini tapıblar.


