“Rusiyanın İran istehsalı olan pilotsuz təyyarələrdən istifadə etməklə Ukraynadakı mülki hədəfləri vurması hərbi cinayətidir”.
Demokrat.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib.
XİN rəhbəri Rusiyaya verdiyi pilotsuz sistemlərlə bağlı İrana qarşı sanksiyalar tətbiq etdiklərini xatərladıb:
“Biz Avropa İttifaqı nazirləri səviyyəsində bu silah proqramından məsul olanlara qarşı sanksiyalar tətbiq etdik. Bu, təkcə İranın BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn öhdəliklərinin pozulması deyil, həm də mülki insanları hədəf aldığı üçün hərbi cinayətdir”.


