Hadisə

Binəqədidə köçkünlərin yataqxanasında yanğın başlayıb

Binəqədidə köçkünlərin yataqxanasında yanğın başlayıb

Paytaxtın Binəqədi rayonunda yanğın qeydə alınıb.

Yanğın paytaxtın 7-ci mikrorayon ərazisində yerləşən yataqxanaların birində qeydə alınıb.

Yataqxanada bir müddət əvvələ qədər məcburi köçkünlər yaşayıb. Onların bir qismi Qobu qəsəbəsinə köçürülüb. Hazırda binada 10-a yaxın ailə yaşayır. Yanğın binanın 4-cü mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub. (Modern.az)

D
demokrat.az