Sosial Özəl

“Ölkəmizdə bütün ağırlıqlar valideynlərin çiyinləri üzərindədir” — Sosioloq

“Ölkəmizdə bütün ağırlıqlar valideynlərin çiyinləri üzərindədir” — Sosioloq

“Çoxuşaqlı ailələrdən az uşaqlı ailəyə keçid tək bizim ölkədə deyil, bütün dünya təcrübəsində özünü göstərir. Belə hal isə sosioloji problemlərin yaranmasında birbaşa rol oynayır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Aynur Hacıyeva deyib. Sosioloqun sözlərinə görə, uşaqlar ailədə tək övlad böyüdükləri üçün artıq onlar məktəb və bağça yaşlarına çatdıqda adaptasiya və ünsiyyət problemləri yaşamağa başlayırlar.

“Eyni zamanda az uşaqlı ailələr gələcəkdə qohumluq əlaqələrinin pozulmasına gətirib çıxarır. Bundan əlavə, az uşaqlı ailələrə keçidə səbəb bir neçə faktorla bağlıdır. Əsas vacib səbəb isə iqtisadi faktordur. Valideynlər iqtisadi durumla əlaqəli uşaqlarının gələcək həyatı üçün çox narahatdırlar. Ölkəmizdə uşaq dünyaya gəldiyi zaman onun gələcəyi üçün heç bir təminat yoxdur, bütün ağırlıqlar valideynlərin çiyinləri üzərindədir. Digər ölkələrlə müqayisədə görə bilərik ki, müxtəlif ölkələrdə yeni doğulmuş uşaqların gələcəyi üçün təminat olaraq dövlət tərəfindən dəstək var. Misal olaraq göstərə bilərik ki, müəyyən ölkələrdə yeni doğulan hər bir uşağın adına hesab açılır və o hesaba kifayət qədər yetərli məbləğ köçürülür. Və ya müəyyən yaşa kimi sosial müavinət ödənilir, uşaq pulu ilə təmin olunur. Ölkəmizdə isə bu təminatların heç biri mövcud deyil.

Aynurə Demokrat.az

D
demokrat.az