Siyasət Özəl

“Xalqımızın birliyi dövlətimizə yeni zəfərlər bəxş edəcək”

“Xalqımızın birliyi dövlətimizə yeni zəfərlər bəxş edəcək”

“Azərbaycanın gücü Xalq - Prezident - Ordu birliyindədir. Bu birlik ölkənin iqtisadi inkişafında, beynəlxalq aləmdə qazandığımız uğurlarda, düşmən üzərində tarixi qələbəmizdə özünü aydın göstərir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat əlavə edib ki, Prezident cənab İlham Əliyev həmişə bu birliyə, vətəndaş həmrəyliyinə, ordumuzun gücünə arxalanıb:

“Bu gün Azərbaycan xalqının etimadını doğrultduğu, hörmətini qazandığı üçün özünü xoşbəxt hesab edir. Azərbaycanın dövlət rəhbəri Laçın şəhərində Azərbaycan bayrağını ucaldarkən bir daha iftixarla bildirmişdir: “İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq - abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir”. Cənab İlham Əliyev öz çıxışında Ermənistana mesajlarını da ünvanlanmış, son günlərdə ermənilərin törətdikləri təxribatların beynəlxalq normalara, imzalanmış üçtərəfli bəyanatlara, Brüsseldə aparılan danışıqlardan irəli gələn vəzifələrə zidd olduğunu, təcavüzkarlıq hərəkətlərinin, revanş götürmə meyllərinin Ermənistana baha başa gələcəyini diqqətə çatdırmış, sülhün əmin-amanlığın, təhlükəsizliyin tərəfdarı olduğunu, Azərbaycan xalqının bu amallar uğrunda mübarizə apardığını, qurub - yaratdığını söyləmişdir”.

“Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar” ifadələrini işlədərkən ölkəmizin Prezidenti bir daha xatırlatmışdır ki, biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Əlbəttə ki, söylənilənlər reallıqdır. Azərbaycanın dünəninə və bu gününə aydın baxış, hadisələrə düzgün qiymətdir. Dövlətimiz və rəhbərimiz bu gün dünyada baş verən hadisələri, beynəlxalq təşkilatların, böyük dövlətlərin öz müstəqilliyinə nail olmuş ölkələrə münasibətini, eləcə də Azərbaycana meylləri və təsirləri hərtərəfli araşdırmaqla öz siyasətini müstəqil qurmağının, dünya dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsinə hər an səy göstərməsinin nəticəsidir ki, Azərbaycan həm siyasətdə, həm iqtisadiyyatda, həm də döyüş meydanında qalibdir”.

“Xalqımızın birliyi dövlətimizə yeni zəfərlər bəxş edəcək”
Millət vəkili əlavə edib ki, xalqımızın birliyi və mübarizliyi bu qələbələrin sayının gündən-günə artıracaq və dövlətimizə yeni zəfərlər bəxş edəcəkdir:

“İşğaldan azad olunmuş ərazilərdə görülən tikinti - təmir, bərpa işləri bunun əyani nümunəsidir. İndi Şərqi Zəngəzur iqtisadi bölgəsində Laçın rayonunun ərazisində də bu rayonun gələcək inkişafı və əhalinin rahatlığı üçün əhəmiyyətli olan tədbirlər həyata keçirilməkdədir. Yollar çəkilir, elektrik stansiyaları quraşdırılır, tunellər salınır, beynəlxalq hava limanı tikilir. Azərbaycan Prezidenti regionun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında sərəncam da imzalamışdır. Bu məqsədlə 2022 - ci ilin dövlət büdcəsindən 800 min vəsait ayrılmışdır ki, bu da kəndlərin yenidən qurulmasına sərf ediləcəkdir. Göründüyü kimi, işğaldan azad olunmuş bütün ərazilərdə işlər sürətlə davam etdirilir və bu insanlarımızın gələcək daha yaxşı, firəvan həyatından xəbər verir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az