Hadisə

Elçin Quliyev təcili döyüş bölgəsinə getdi — FOTOLAR

Elçin Quliyev təcili döyüş bölgəsinə getdi — FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları­nın Ermənistanla dövlət sərhədinin mühafizə və müda­fiəsini həyata keçirən “Qazax” sərhəd dəstəsinin hərbi hissə və bölmələrinin xidməti döyüş fəaliyyətini yoxlayıb, sərhəd döyüş məntəqələrində şəxsi heyətlə görüşüb, xidməti və yaşayış şəraitlərinə baxış keçirib.

Bu baarədə Demokrat.az-a DSX-dan məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti, dövlət sərhədində zəruri müdafiə infrastrukturunun yaradılması məqsədilə görü­lən işlərlə tanış olunub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və “Qazax” sərhəd dəstəsinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən xidməti müşavirədə hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

Elçin Quliyev təcili döyüş bölgəsinə getdi — FOTOLAR

Elçin Quliyev təcili döyüş bölgəsinə getdi — FOTOLAR

D
demokrat.az