Region Özəl

“Sülh müqaviləsini imzalamamaq Ermənistan üçün ağır nəticələrə gətirib çıxarır”

“Sülh müqaviləsini imzalamamaq Ermənistan üçün ağır nəticələrə gətirib çıxarır”

“Ermənistan 12-14 sentyabr tarixlərində Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribat vasitəsilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nüfuzundan istifadə etməyə çalışırdı. Dərhal biz gördük ki, Nikol Paşinyan hazırda KTMT-nin sədri funksiyasını yerinə yetirərək KTMT-nin katibliyinə müraciət etdi. Və KTMT Nizannaməsinin 4-cü maddəsinə əsasən sərhədlərin pozulduğunu bəhanə edərək, bu hərbi-siyasi təşkilatı regiona cəlb etməyə çalışırdı. Lakin təşkilatda hakim və dominant mövqeyə sahib olan Rusiya Federasiyası məsələyə soyuqqanlı yanaşmağa üstünlük verdi və KTMT regiona öz missiyasını gördü”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, siyasi şərhçi İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, KTMT-dən istədiyi siyasi və hərbi dəstəyi ala bilməyən Ermənistan hakimiyyəti ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfərini reallaşdırdı:

“Sülh müqaviləsini imzalamamaq Ermənistan üçün ağır nəticələrə gətirib çıxarır”
“Burada ermənipərəst bəyanatlar səsləndirilsə də, biz bununla yanaşı Ermənistanın Rusiyadan uzaqlaşmaq istəyini də müşahidə etdik. Eyni zamanda, İrəvanın Fransa meydanında toplaşan vətəndaşlar Ermənistanın KTMT-dən çıxmasıyla bağlı da müxtəlif şüarlar səsləndirir, plakatalar qaldırırdılar. Bu, sanki Rusiyaya bir mesaj idi. ABŞ dəstəyinə ümid etmək idi və ardınca Rusiya da kütləvi informasiya vasitələri səviyyəsində Ermənistanın bu hərəkətlərini qınamağa başladı. Düşünmürəm ki, hazırkı dönəmdə Ermənistan KTMT-dən çıxa bilər. Sadəcə rusafob təşkilatların Rusiyaya yönəlmiş çıxışları ilə KTMT-ni bölgədən, Ermənistandan uzaqlaşdırmaq və bu təşkilatdan Ermənistanın çıxmasını həyata keçirmək mümkün olmayacaq. Çünki Ermənistanda həm cənub hərbi dairəsini 102-ci hərbi bazası yerləşir. Bu da Ermənistanın taleyində həlledici rola malikdir. Bu günə qədər 102-ci baza ilə yanaşı Türkiyə və İranla sərhədləri də Rusiya sərhəd qoşunları qoruyurdu. İkinci Qarabağ müharibəsindən sonra yalnız Azərbaycanla yeni geosiyasi reallıqlar formalaşdı. Azərbaycan öz sərhədlərini bərpa etdi. Həm Ermənistan ilə, həm də İranla. Ona görə də, Rusiyanın bu məsələlərə susqunluqla yanaşması, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə bağlıdır”.

“Sülh müqaviləsini imzalamamaq və sərhədləri delimitasiya işini ləngitmək, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasına əngəl törətmək Ermənistan üçün çox ağır nəticələrə gətirib çıxarır. Ona görə də, Ermənistan nə qədər gec deyil, dövlətçiliyi sual altında qalmayıb və xəritədən silinmək təhlükəsi ilə üz-üzə deyil, siyasi diplomatik danışıqlar müstəvisində üzərinə götürdüyü öhdəlikləri heç bir şərt irəli sürmədən yerinə yetirməlidir”, - deyə politoloq sonda qeyd edib.

Aynurə Demokrat.az

D
demokrat.az