Mingəçevirdə 1 yaşlı uşağın bağçada döyüldüyü iddiası ilə bağlıDaxili İşlər Nazirliyi açıqlama verib.
Nazirliyinmətbuat xidmətinin Şəki regional qrupundan “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki,körpələr evində azyaşlıya xəsarət yetirilməsi ilə bağlı
DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də ərazi üzrə polis orqanına hər hansısa bir müraciət daxil olmayıb.
Ancaq xəbər saytlarında dərc olunan iddialarla bağlı körpənin valideyni Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət edilib.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır. 


