“Hazırda investisiya layihə proqramları əsasən azad olunmuş ərazilərdə böyük vüsət alır. Hesab edirəm ki, Şuşa gələcəkdə ölkəyə ən böyük sərmayə gətirən turist bazası olacaq. Sovetlər vaxtında Şuşa ərazisi turist zonası hesab olunurdu. Təsadüfi deyildi ki, əhalinin də əsas qazanc yeri turistlərdən gələn gəlirlər idi. Bu baxımdan görünən odur ki, indi orada çoxlu sayda otellər tikilir, infrastruktura genişlənir, hətta yeni təyinatlar gözlənilir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib. İqtisadçının sözlərinə görə, əhalinin Şuşaya köçməsi mərhələli şəkildə baş verəcək:
“Hazırda Şuşada tarixi görkəmini əvvəlki vəziyyətə qaytarmaq üçün bərpa işləri aparılır. Hesab edirəm ki, Şuşada yeni iş yerləri açılacaq, bu proses tədricən digər azad olunmuş rayonlarda da baş verəcək. Biz indi bunu Zəngilanda və Laçında görürük. Füzulidə isə hava limanı işə salınandan sonra, burada biz yeni iş yerlərinin olduğunu görməkdəyik”. “Azərbaycan müəyyən məsələlərdə hələ səbr etdikcə, müəyyən insanlarda fikir formalaşır ki, azad olunmuş ərazilərə əhali köçməyəcək. Məsələyə biz dərindən baxsaq, təkcə 1 ay ərzində ermənilər Laçını tərk etdikdə, nə qədər piyada əleyhinə minalar hərbiçilərimiz tərəfindən aşkar olunub. Hesab edirəm ki, iş yerlərinin açılması həm də mənfur düşmənlər üçün göz dağıdır. Heç şübhəsiz ki, Qarabağda gələn il bir çox iş yerləri açılacaq. Belə olmasaydı, ermənillər bunu açıq şəkildə biruzə verməzdilər”.
Aynurə Pənahqızı Demokrat.az


