Dünya

"Təkcə Olaf Şolts yuyuna bilir" -— Medvedev Rusiya qazının qiymətinə görə Avropanı ələ saldı

Təkcə Olaf Şolts yuyuna bilir -— Medvedev Rusiya qazının qiymətinə görə Avropanı ələ saldı

"Avropada mart ayından ilk dəfə olaraq qazın qiyməti bir kub metrə görə 2800 dollar təşkil edib..." "Rusiya birtərəfli qaydada Avropanın bir sıra ölkələrinə enerjidaşıyıcılarının tədarükünü dayandırıb..." Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Avropada qazın qiymətinin rekord artımı barədə məlumatı şərh edib. O, deyib ki, indi gigiyenik prosedurlar üçün suyu qızdırmaq imkanına yalnız Almaniya kansleri Olaf Şolts malikdir. Moderator.azxəbər verir ki, bu barədə o, özünün "Telegram"ında yazıb. "Avropa siyasətçilərində heyrət doğuran kombinasiya alınıb. Qazın bir kub metri 2800 dollaradır. Ciddi qənaət rejimi tətbiq edilir. Tam olaraq, deyəsən, yalnız Kanadada qaz axtarışında olan Şoltsun yuyunma imkanı var. İlin sonunda qiymətlər necə olacaq? 3000 $ ? 4000 $ ? Kim qiyməti daha çox qaldıracaq?" - Medvedev Qərb siyasətçilərinə müraciət edib. London birjasının məlumatına görə, Avropada mart ayından ilk dəfə olaraq qazın qiyməti bir kub metrə görə 2800 dollar təşkil edib. Almaniyanın energetika sekrorunu nizamlayan Federal şəbəkə agentliyinin prezidenti Klaus Müller bəyan edib ki, əgər Rusiya Avropaya qaz tədarükünü tamamilə kəsərsə, ölkənin mavi yanacağı 3 aydan az vaxta yetərli olacaq. Öz növbəsində Avropa İttifaqının İsraildəki səfiri Dimitr Tsançev qeyd edib ki, Ukraynadakı müharibə Avropada energetika böhranına səbəb olub. Rusiya Avropa İttifaqı üçün əsas yanacaq tədarükçüsü olaraq birtərəfli qaydada Avropanın bir sıra ölkələrinə enerjidaşıyıcılarının tədarükünü dayandırıb. "Bu, enerjidaşıyıcılarının tədarükünün təhlükəsizliyini təmin etmək və qaz mənbələrini və yanacağın alternativlərini tapmaq üçün tez bir zamanda reaksiya vermək zərurətinə gətirib çıxarıb", - o, "Müharibə və sülh" verilişində Dmitri Dubova müsahibəsində bəyan edib.

D
demokrat.az