Türkiyə ilə Rusiya arasında “Bayraktar” pilotsuz uçuş aparatlarının birgə istehsalına dair danışıqlar aparılmır.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı ilə birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, bu, mətbuatın iddiasıdır, belə bir təklif mövcud deyil: “Bu dronları Türkiyə dövləti deyil, özəl bir şirkət uğurlu şəkildə istehsal edir”.


