Dünya Özəl

Rusiya ordusu köhnəlmiş silahlardan istifadə etməkdədir — Kəşfiyyat məlumatı

Rusiya ordusu köhnəlmiş silahlardan istifadə etməkdədir — Kəşfiyyat məlumatı

“Vladimir Putinin hətta Rusiya ordusunun Ukraynadakı “əməliyyata hələ başlamadığını” söyləməsinə baxmayaraq, ordu köhnəlmiş silahların istifadəsinə davam edir”.

Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat yayıb.

“Dəstək üçün cəlb edilən əlavə qrupların bir çoxu köhnəlmiş və ya uyğun olmayan avadanlıqlarla təchiz olunur”, - məlumatda bildirilir.

Qeyd olunur ki, xüsusilə piyada qüvvələri 1950-ci illərdə hazırlanmış zirehli maşınlarla təchiz edilir.

Zamiq Demokrat.az

D
demokrat.az