Rusiya Ukrayna ərazisinə təyyarədaşıyan gəmiləri məhv etmək üçün iki ayda onlarla raket buraxıb.
Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat verib.
Bildirilir ki, Rusiya Ukrayna ərazisini 1960-cı illərin sonu və 1970-ci illərin əvvəllərində istifadəyə verilmiş və aviadaşıyıcılara qarşı istifadə üçün hazırlanmış Sovet "Kh-22 Burya" qanadlı raketləri ilə vurub.
Böyük Britaniya kəşfiyyatı daha bir məlumatına görə, Rusiya Federasiyası apreldən bu yana Ukraynaya qarşı onlarla belə köhnə raketlərdən istifadə edib.
Analitiklər hesab edir ki, Rusiyanın Ukrayna ilə müharibədə "Kh-22 Burya"dan istifadəsi normaldır, çünki onun müasir və daha dəqiq döyüş sursatları tükənmək üzrədir.
Kəşfiyyat onu da əlavə edib ki, "Kh-22" qanadlı raketlər yerüstü hədəflər əleyhinə çox aşağı dəqiqliyə malikdir, buna görə də mülki əhali arasında çoxlu itkilər ola bilər.
Zamiq Demokrat.az


