Zaqatala rayonunda 1994-cü il təvəllüdlü Xalid yetkinlik yaşına çatmayan həmkəndlisi Pərvizə (adlar şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Xalid 26 avqust 2021-ci ildə, saat 21 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə Muğanlı kəndində yerləşən “Qaraj” deyilən ərazidə öz cinsi ehtirasını ödəmək üçün 15 yaşlı Pərvizə əynində olan şalvarını və alt paltarını aşağı çəkməsini bildirib.
Pərviz də öz şalvarını və alt paltarını aşağı çəkdikdən sonra ayaqları üstündə başını aşağı əyərək ona qarşı seksual xarakterli hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Xalidin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xalid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Pərviz onun həmkəndlisidir: “Mənim və ailə üzvlərimin Pərvizə qarşı heç bir düşmənçiliyi və ədavəti olmayıb. Pərvizin əmisi oğlu Nadirlə dostluq münasibətində olmuşam”.
Təqsirləndirilən şəxs ifadəsində göstərib: “26 avqust 2021-ci ildə, saat təxminən 18 radələrində yaşadığım kənddə küçədə olan vaxt Nadirin idarə etdiyi “QAZ-24” markalı pikap avtomobili ilə qarğıdalı apardığını gördüm. Nadir məni qarğıdalını boşaltmağa kömək etmək üçün evlərinə çağırdı. Nadirgilin evlərinə getdim, qarğıdalını boşaltdıq, çardağa yığdıqdan sonra pivə içməyə getdik. Həmin vaxt Nadirin yanında Pərviz də olub. Hər üçmüzü bir yerdə kəndin mərkəzində yerləşən Vahidin işlətdiyi pivəxanaya getdik. Pivəxanının həyətində oturaraq hər birimizə əvvəlcə bir bakal pivə içdik. Daha sonra Nadirlə hər birimizə 2 bakal da pivə içdik. Pivəxanada bir qədər oturduqdan sonra Nadir avtomobillə gəldiyi üçün spirtli içki içdiyindən getdi. Nadir gedən vaxt məndən Pərvizi də evlərinə aparmağımı istədi. Nadir getdikdən sonra mən də Pərvizlə bir yerdə kafedən çıxdıq, evimiz istiqamətində getməyə başladıq. Həmin vaxt sərxoş olduğum üçün Pərvizə qarşı cinsi ehtirasım yarandı”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, buna görə də evə gedən vaxt “qaraj” deyilən yerdən keçərkən Pərvizə əynində olan şalvarı aşağı etməsini bildirib: “Həmin vaxt Pərviz də əynində olan şalvarını aşağı elədi. Sonra mən də əynimdə olan şalvarımı aşağı çəkdim. Bundan sonra Pərvizə ayaq üstə vəziyyətdə ağzıüstə əyilməsini bildirdim. Pərviz də əyilən kimi ona qarşı seksual hərəkətlər etdim”.
Xalid qeyd edib ki, bundan sonra isə Pərviz duraraq yolun əks tərəfində olan marketə siqaret almaq üçün gedib: “Mən də yolun əks tərəfində qalaraq Pərvizi gözlədim. Lakin Pərviz gəlmədi. Sonra həmin yerdən getdim. Bir qədər kənddə olduqdan sonra evimizə gəldim. Evə çatdıqda Nadirin idarə etdiyi pikapla evimizin qabağında dayanmasını gördümr. Bundan sonra Nadir idarə etdiyi avtomobillə məni də götürdü və birlikdə Alazan çayı istiqamətində getdik. Zastavanın yaxınlığında olan vaxt Nadir avtomobili saxladı və biz söhbət etdik. Həmin vaxt Pərviz də yanmızda olub. Nadir mənə Pərvizə qarşı nəyə görə bu cür hərəkətlər etməyimi soruşdu. Mən isə heç bir hərəkətlər etmədiyimi bildirdim. Bundan sonra Nadir məni həmin yerdə qoydu, özü avtomobillə getdi”.
Xalid ifadəsində əlavə olaraq göstərib ki, zərərçəkmiş şəxslə və onun qanuni nümayəndəsi ilə barışaraq üzr istəyib, zərərçəkmiş şəxs onu bağışlayıb.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Pərvizin sözlərinə görə, Zaqatala rayonu Muğanlı kəndində valideynləri ilə birlikdə yaşayır: “Xalid həmkəndlim, onunla və ailəsi ilə heç bir düşmənçiliyim, ədavətimiz olmayıb. Avqustun 26-da, saat təxminən 18 radələrində əmim Mehdinin evinə qarğıdalını yığmağa kömək üçün getdim. Həmin vaxt əmim oğlu Nadirin dostu Xalid də kömək üçün ora gəlmişdi. Bir yerdə qarğıdalını maşından çardağa yığdıq. Bundan sonra isə saat təxminən 20 radələrində əmim oğlu Nadir və Xalid ilə bir yerdə yaşadıqları kənddə olan pivəxanaya getdik. Pivəxananın həyətində oturaraq pivə içdik. Həmin vaxt mən də bir bakal pivə içdim. Nadir ilə Xalid isə təxminən hərəsinə 2 bakal pivə içdilər. Təxminən bir saata qədər oturaraq pivə içdik. Bundan sonra Nadir maşınla olduğu üçün Xalid ona getməsini bildirdi. Həmin vaxt Xalid məni də evimizə yola salacağını dedi. Nadir gedən kimi mən də Xalidlə pivəxanadan çıxaraq piyada orta məktəb tərəfə getdik. “Qaraj” deyilən yerə çatdıqda Xalid dodaqlarımdan öpmək istədi. Lakin başımı kənara çəkdiyim üçün Xalid dodağımdan öpə bilmədi”.
Zərərçəkmiş şəxs qeyd edib ki, bundan sonra isə ona əynində olan şalvarını və tumanını aşağı çəkməsini bildirib: “Mən də şalvarımı və tumanımı aşağı çəkdim. Bundan sonra Xalid başımı aşağı əyməyimi dedi. Mən də başımı aşağı əydikdən sonra Xalid mənə qarşı seksual hərəkətlər etdi. Xalidin bu hərəkətindən sonra asfalt yola tərəf qaçdım. Asfalt yolun kənarında olan avtomobil yuyulan sexdə işləyən Elvardan əmim oğlu Nadirin nömrəsini aldım və tanımadığım bir kişidən Nadirə zəng vuraraq məktəbin yanına gəlməsini bildirdim. Nadir isə bir neçə dəqiqə sonra idarə etdiyi QAZ-24 markalı avtomobildən düzəlmiş pikapla yanıma gəldi. Xalidin etdiyi hadisə barədə Nadirə danışdım. Nadirlə birlikdə Xalidin evinə getdik. Həmin vaxt Xalid evdə olmadı. Xalidin evinin yanında atası ilə söhbət etdik. Bu vaxt Xalid də yanımıza gəldi. Onu avtomobilə qoyaraq obir yerdə Alazan çayı istiqamətində getdik. Həmin yerdə Nadir Xalidə nəyə görə mənə qarşı bu hərəkətləri etdiyini dedi. Xalid isə heç bir hərəkət etmədiyini deyərək maşının qabağına keçdi, vurmasını bildirdi. Sonra biz Xalidi həmin yerdə qoyaraq evə qayıtdıq. Sonra atam ilə mobil telefonla danışdıq və atam şikayət etməyimizi bildirdi. Bundan sonra da polisə şikayət etdik”.
Bu cinayət işinə Zaqatala rayon Məhkəməsində baxılıb.
Xalid 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli Demokrat.az


