Region Özəl

Türkiyədə meşə yanğını başlayıb

Türkiyədə meşə yanğını başlayıb

Türkiyənin qərbində yerləşən Muğla vilayətində davam edən meşə yanğını daha geniş ərazini əhatə etməkdədir.

Demokrat.az "Milliyet"ə istinadən xəbər verir ki, yanğın hadisəsi beş saat əvvəl başlayıb.

Yerli vaxtla səhər 05:00-da Bodrum yaxınlığında Yakaköy ərazisində baş vermiş yanğın güclü küləkdən sonra alov meşə zonasından kol və zeytun ağaclarına yayılıb.

Hazırda yanğınsöndürənlər yanğınları söndürməyə çalışırlar. Onlara yerli sakinlər kömək etməkdədir.

Zamiq Demokrat.az

D
demokrat.az