“Ukraynadakı hazırkı vəziyyət Qərbin Ukraynadan “ikinci Əfqanıstan” yaratmaq cəhdidir”.
Demokrat.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi ilə görüşündə deyib.
Lavrovun fikrincə, Qərb dövlətləri siyasi mərkəzi köçürmək istəyir: “Əfqanıstanı dünya siyasətinin mərkəzinə çevirməyə çalışanlar indi onu Ukrayna ilə əvəz etməyə cəhd edirlər. Söhbətin nədən getdiyini hamımız başa düşürük”.
Məlik Demokrat.az


