Sosial

Qərbi Kaspi Universitetinin tələbəsi BMT-nin konfransını təşkil etdi — FOTOLAR

Qərbi Kaspi Universitetinin tələbəsi BMT-nin konfransını təşkil etdi — FOTOLAR

Türkiyənin İstanbul şəhərində Birləşmiş Millətlər Təşkilatının "Best Diplomats" ("Ən yaxşı diplomatlar") Simulyasiya Konfransı keçirilib. Demokrat.az xəbər verir ki, Qərbi Kaspi Universitetinin Filologiya və Tərcümə Məktəbinin tələbəsi Nəsibə Mehdiyeva konfransda iştirak edib və "Best Diplomats" təşkilatının prezidenti olaraq müxtəlif ölkələrdən 100-dən artıq iştirakçının qatıldığı konfrans təşkil edib.

Tələbəmiz beynəlxalq konfransın mövzusunu keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinə, Qarabağ həqiqətlərinə həsr edib. Dünyanın müxtəlif yerlərindən olan diplomatlar, ekspertlər müzakirələrdə iştirak edib.

Qeyd edək ki, "Best Diplomats United Nations Simulation" Konfransı Gənc Liderlərin iştirak etdiyi nüfuzlu platformadır və iştirakçılar arasında fikir mübadiləsi aparmaq, ən mürəkkəb qlobal problemlərin həlli yollarını axtarmaq məqsədi daşıyır.

Qərbi Kaspi Universitetinin tələbəsi BMT-nin konfransını təşkil etdi — FOTOLAR
Qərbi Kaspi Universitetinin tələbəsi BMT-nin konfransını təşkil etdi — FOTOLAR
Qərbi Kaspi Universitetinin tələbəsi BMT-nin konfransını təşkil etdi — FOTOLAR

Məlik Demokrat.az

D
demokrat.az