Bakının Xəzər rayonunda 1996-cı il təvəllüdlü Sərdar sevgilisi Hicrana (adlar şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Binə qəsəbəsində baş verib. O, yaşadığı evdə Hicrana qarşı seksual xarakterli hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Sərdarın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, fərdi əməklə məşğul olur: “Hicranı tanıyıram. Hicran mənim yaşadığım küçədə qonşuluqda yaşayır. Hicran orada çoxdan yaşasa da, təxminən 6 ay olar ki, onunla münasibətim yarandı. Əvvəlcə Hicran ilə dost kimi tanış oldum. Sonradan aramızda sevgi yarandı. Hadisədən bir neçə gün əvvəl Hicran ilə aramızda mübahisə oldu və məndən küsdü. Bir gün sonra Hicranın istifadəsində olan xatırlamadığım nömrəyə zəng etdim, ertəsi gün onunla görüşüb, danışmaq istədiyimi bildirdim. Onun yaşadığı evin yaxınlığında yerləşən dostumun kirayə yaşadığı evdə görüşməklə bağlı razılığa gəldik. Dostum həmin vaxt evdə olmayıb, rayona getmişdi. Evin açarları isə məndə olub”.
Sərdarın sözlərinə görə, Hicran ilə danışdıqdan sonra ertəsi gün saat 13.00-da görüşüb, dostunun evinə getmələri ilə bağlı razılaşıblar: “Tanımadığım taksi ilə Hicranı Binə qəsəbəsində yerləşən “Ümid” uşaq evinin qarşısından götürdüm, həmin qəsəbədə yerləşən dostumun kirayə yaşadığı evə apardım. Həmin ev Binə qəsəbəsi, Bakı-avtomat yolunda yerləşir. Biz evə çatdıqdan sonra taksi getdi. Hicranla birlikdə evə daxil olduq. Evə daxil olduqdan sonra təxminən 15 dəqiqə söhbət etdik. Sonra evin yataq otağındakı taxtda oturduq. Sonra Hicran yanıma gəldi və taxtda uzandı. Hicran taxtda uzandıqdan sonra öpüşməyə başladıq. Təxminən Hicranla 10 dəqiqə öpüşdük. Hicranla taxtda əvvəlcə oturmuş vəziyyətdə, daha sonra isə uzanmış vəziyyətdə öpüşdük. Sonra soyunduq, seksual xarakterli hərəkətlər etməyə başladıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Hicranı götürdüyü yerə qaytarıb. Qeyd edib ki, sonradan Hicranın ondan şikayət etdiyini öyrənib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Hicranın sözlərinə görə, Sərdarla seksual hərəkətlər etsə də, onun bakirəliyi pozulmayıb: “Sərdar mənimlə təbii və qeyri təbii yolla cinsi əlaqədə olmayıb. Evə gəldikdən sonra bildim ki, mensturasiya (ay başı) dövrümdə olmuşam. İlk dəfə seksual hərəkətlər etdiyim üçün elə bildim ki, Sərdar mənim qızlıq pərdəmin bütövlüyü pozub. Sərdarı sevirəm və onunla evlənmək istədiyimi bildirdim. Lakin anamın bu evliliyin olmasına razı olmur. Sərdardan heç vaxt şikayətim olmayıb. Onun barəsində anam şikayət ərizəsi ilə polisə müraciət edib”.
Xəzər rayon Məhkəməsinin hökmü ilə Sərdar 8 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.
Fariz Məlikli Demokrat.az


