Maraqlı

Xarkovda mülklərini atan azərbaycanlı Ukraynaya müharibədə belə dəstək olur — FOTO

Xarkovda mülklərini atan azərbaycanlı Ukraynaya müharibədə belə dəstək olur — FOTO

Ukraynanda yaşayan daha bir azərbaycanlı müharibə getdiyi bir vaxtda ölkənin əsl qəhrəmanına çevrilib.

Demokrat.az-ın xəbərinə görə, 43 ildir Ukraynanın Xarkov şəhərində yaşayan Qubad Məmmədov dəmiryolçudur. Lakin ukraynalılar onu "Rafiq" deyə çağırırlar.

O, müharibə başlayanadək qatar rəisi kimi işləyirdi. Xarkovda yaşayan soydaşlarımızın çoxunun işinə köməklik göstərib.

Müharibə başlayanda o iş başında idi, fevralın 21-dən isə hələ evə qayıtmayıb. Ölkənin ən ağır günündə sərhəddə qatarla qaçqınları daşıyır. Şəhərdə malı, mülkləri dağılıbmı, talan olubmu, xəbəri yoxdur. Heç maraqlanmırda. Hər gün də vəziyyətlə bağlı paylaşımlar edir. Gördüyü işindən qürur duyur, yorulmur. Pensiya yaşı tamam olsa da, bu çətin günlərdə əlindən gələni əsirgəmir.

Hər gün də danışanda ürəklə "narahat olmayın, hər şey əladır" deyir. Özü ilə işləyən bacısıoğlu Arzunu da bu işə cəlb edib. Yəni, soydaşlarımız yaşadıqları, çörəyini yedikləri ölkənin ağır gününə biganə deyillər.

Xarkovda mülklərini atan azərbaycanlı Ukraynaya müharibədə belə dəstək olur — FOTO
Qubad dayı II Qarabağ müharibəsində də öz dəstəyi ilə seçilib, Azərbaycana Ordusuna dayanmadan maddi yardım göstərib.

Zamiq Demokrat.az

D
demokrat.az