Sosial media

“Son 10 gündə 300 minədək ölkəni tərk edən rusiyalı nə edəcəklərini bilmir” — Rusiyalı mühacir

“Son 10 gündə 300 minədək ölkəni tərk edən rusiyalı nə edəcəklərini bilmir” — Rusiyalı mühacir

İspaniyada yaşayan rusiyali mühacir Yelena Martinova Vətənini necə tərk etdiyi barədə maraqlı yazı paylaşıb.

Demokrat.az xəbər verir ki, o, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra yüzminlərlə rusiyalının qaçqın düşdükləri ölkələrdə min bir əziyyət çəkdiyini qeyd edib.

Yelena Martinova Rusiyanı tərk etməklə həyatında ən vacib qərar verdiyini düşünür:

"Rusiyadan getməmişdən təxminən bir il əvvəl, 2009-cu ildə mənə bir televiziya verilişində İqor Malaşenko (NTV kanalının yaradıcılarından biri) ilə danışmaq qismət oldu. İş arasında mən ondan Rusiyanın perspektivi haqda nə düşündüyünü soruşdum. Malaşenko bir müddət susdu, sonra uşağımın olub-olmadığını soruşdu (o vaxt iki uşaq var idi), sonra kədərli şəkildə “uşaqları da götür və get” dedi.

2010-cu ilin may ayında mən artıq üç uşaqla maşına minib ölkəni tərk etdim.Rusiya telekanalını tərk etdiyimi İspaniyadan elektron məktub göndərərək bildirdim. Mühacirət təcrübəmdən yazdım, asan olmadı, amma həyatımda atdığım ən doğru addım idi. Sadəcə bir gündə trayektoriyanı 180 dərəcə dəyişdim. Bircə, bu, uşaqlar üçün bir mühitdən digərinə təbii keçid idisə, mənim üçün bu, gözlənilməz süjetli, hərəkətlərlə dolu macəra filmi idi.

Uzun giriş üçün üzr istəyirəm.

Bəzi məlumatlara görə, ölkəni son 10 gündə 300 minə qədər rusiyalı tərk edib. Onların bir çoxu ölkəyə geri qayıtmayacaq. Bu insanlar arasında hər kəsin alternativ aerodromu yoxdur, bir çoxu müvəqqəti ümidlə heç yerə getmədi. Tanışlarım arasında elələri var ki, indi Qazaxıstanda, Özbəkistanda, Türkiyədə, Gürcüstanda, Baltikyanı ölkələrdə, Çexiyadadır. Bundan sonra nə edəcəklərini heç bilmirlər, ilk vaxtlar üçün pulları var - iş, ev, həyat, qohumları, dostları çoxlarının yaşamağa mümkün olmadığı bir siyasi rejim olan Vətənlərində qaldı.

Oksana Paskal indi rus “qaçqınlar”la bağlı çox vacib bir məsələ üzərində işləyir, amma bu insanların başqa dövlətlərdən kömək ümidləri yoxdur. Əksər hallarda nədən başlayacaqlarını, uşağı məktəbə necə yazdıracaqlarını, necə tibbi yardım alacaqlarını və iş tapacaqlarını bilmirlər.Oksananın feysbuk səhifəsində artıq çoxlu faydalı məlumatlar var.

Mən İspaniya ilə bağlı məlumatları bir araya toplamağa çalışıram. Zəhmət olmasa, rusdilli təşkilatlar, hüquqşünaslar, həyati məsələlərdə məsləhət verə biləcək hər kəs yazsın. Mənə sual vermək istəsəniz şəxsiyə yazın. Bir baş yaxşıdır, iki baş daha yaxşıdır".

Rza Demokrat.az

D
demokrat.az