“Rusiyaya qarşı tətbiq olunan sanksiyalar doğurdan da bugünədək heç bir ölkəyə qarşı tətbiq olunmayıb”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Ekspert qeyd edib ki, Rusiyaya tətbiq olunan sanksiyalar həddindən artıq sərtdir:
“Həm bank-maliyyə, həm enerji, həm texnoloji, həm də aviasiya sahəsində, yəni bunlar çox ciddi sanksiyalardır. Bu sanksiyaların altından qalxmaq asan olmayacaq. Çünki Rusiya qızıl valyuta ehtiyatlarına güvənirdi və onun 634 milyardlıq qızıl valyuta ehtiyatı var idi. Bunun 400 milyardı artıq dondurulub və yaxın günlərdə daha 100 milyardının da dondurulması gözlənilir. Yəni, qızıl şəklində və xaricdə olanların da. Bu, çox ciddi nəticələrə gətirib çıxarda bilər. Beynəlxalq reytinq agentlikləri Rusiyanın cəmi bir neçə ay vaxtının olduğunu söyləyir. Düşünürəm ki, əgər 3-4 ay ard-arda bu sanksiyalar daha da sərtləşərək davam edərsə, Rusiya defolt həddinə çata bilər”.
Nəzrin Hüseynli Demokrat.az


