“Koronavirusun müalicəsi üçün Azərbaycana yeni dərmanların gətirilməsi nəzərdə tutulur”.
Demokrat.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, yeni dərmanların gətirilməsj üçün həkim rəylərini gözləyirik: “ABŞ-da və digər ölkələrdə yeni dərmanlar çıxıb. Bunun koronavirusun müalicəsinə təsirləri olduğu deyilir. Bizdə Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasından həkim rəyi gözləyirik. Onlar təsdiqləsələr ki, bu dərmanlar effektivdir. O zaman həmin dərmanlar gətiriləcək”.
Məmməd Demokrat.az


