“İkinci ərimdən xəyanət üstündə boşandım, bağışlamadım” — Kübra Əliyeva

ŞOU-BİZNES 09 yan 2022, 12:40
"Oğlum Ayazın atası, ikinci həyat yoldaşım dövlət işində çalışırdı. Mənə xəyanət etdiyi üçün boşandıq, onu bağışlamadım".
 
Bu sözləri Əməkdar artist Kübra Əliyeva "Elgizlə izlə" verilişində deyib. Aktrisa hələ də keçmiş əri ilə görüşdüyünü bildirib:
 
"Hələ də onunla görüşürük. Xəyanət etdiyini həmin qadının özü yanıma gəlib danışdı...
 
On dörd yaşımda hekayə yazmışdım, eynisini həyatda yaşadım.
 
Məndən sonra evləndi. Amma həmin xanımla yox. Mən o qadına çox yardım etdim, evimə gətirdim... "
 
Kübra Əliyeva keçmiş ərinin onun ilk və son sevgisi olduğunu da etiraf edib:
 
"Həyatda ilk və son sevgim ikinci həyat yoldaşım olub. Məndən 10 yaş böyükdür.
 
Heç vaxt onun pulu sevmədim. Bu günə qədər kimsə deyə bilməz ki, Kübra xanım pula görə dostluq edib və sair.  Onun 1 qəpiyində də gözüm yox idi. O vaxt əmisi oğlanları ilə Gəncəyə atamın yanına gəlib, məni istəmişdi".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top