Azərbaycanda yeni ştamma yoluxan var? — Rəsmi cavab

SOSİAL 07 yan 2022, 13:29
Son günlər Azərbaycanda yaxınlarının COVID-19-un yeni “Omicron” ştammına yoluxması ilə bağlı iddialara rast gəlinir. Ötən gün müğənni Aysel Əlizadə də ailə üzvlərinin yemi ştamma yoluxduğunu açıqlamışdı. Onun sözlərinə görə, bir neçə ailə üzvü yeni ştamma yoluxub və müalicəyə başlayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində isə səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev Azərbaycanda hələ bu ştammın aşkarlanmadığı açıqlamışdı.

Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-ə müraciət etdik. Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində əhali arasında şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir: "Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb".

Xatırladaq ki, ilk dəfə Cənubi Afrikada peyda olan "Omicron" ştammı indiyədək dünyanın 100-dən çox ölkəsində aşkarlanıb. O cümlədən, Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştamma yoluxma halları qeydə alınıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top