Yasamal sakinləri niyə çətin vəziyyətə düşüb? — VİDEO

SOSİAL 06 yan 2022, 10:14

MİDA-nın Yasamal yaşayış kompeksinin sakinlərin adından daxil olan məlumatda bildirilir ki, yeni salınan Nazim Hikmət küçəsiylə günün istənilən vaxtında mənzillərinə gəlməkdə ciddi problemlə üz-üzə qalırlar. 

MİDA-nın Yasamal yaşayış kompleksinə gedən yol xarici dairəvi yoldan keçdiyindən daim tıxacda qalmalı olurlar. Bu çətinliyi həm BNA-nın 211 saylı marşrutuna salınan avtobuslardan istifadə edənlərdə çəkir. Bir çox hallarda çağırışa gedən təcili yardım maşınlarıda tixacda qalmaq məcburiyyətində qalırlar.

Sakinlər kompleksin giriş hissəsinə paralel istiqamətdə yolda ya işıqfor, ya da dairəvi yol etməklə vəziyyətdən çıxmaq olduğunu da dilə gətiriblər.

Ən müasir tələblərə cavab verən bir kompeksə gediş-gəlişdə belə problemin yaranması təəssüf hissi doğurur. Qeyd edilməlidir ki, bu məsələ layihəndirmə dövründə nəzərə alınmalıydı.

Düşünmək olar ki, sakinlərin bu müraciətini müvafiq orqanlar eşidəcək və əhalin narazı salan problemin həllinə çalışacaqar.(belediyye.info)
 



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top